Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kəndə qaz xəttinin çəkilməmə səbəbi elə qaz xətti imiş

Bizimyol.info redaksiyasına növbəti şikayət məktubu daxil olub. Bu dəfəki şikayət Ucar rayonunun Şahlıq kəndinin sakinlərindəndir.

Şahlıq kəndi Ucar rayonu ərazisində qazlaşdırılmamış yeganə kənddir. Kəndin yaxın qonşuluğunda yerləşən Əlikənd və Ramal kəndlərinə qaz verilsə də, şahlıqlılar uzun müddətdir qaz problemindən əziyyət çəkirlər. Bu onların böyük narazılığına səbəb olub. Kənd sakinləri bu barədə Ucar rayonundan deputat seçilmiş Ramil Həsənə də məlumat vermişdilər.

Sorğumuza cavab olaraq deputat bildirmişdi ki, məsələdən xəbərdardır, Ağdaş rayonundan əraziyə qaz xətti çəkiləcək və kənd bu xəttdən qaz təchizatı alacaq.Bu bir qədər qəribə görünmüşdü. Ağdaş rayonuna ən uzaq kənd olaraq niyə Şahlıq kəndi qonşu kəndlərin qaz xəttlərinə deyil, Ağdaşdan çəkilməli olan xəttə qoşulsun ki?

Dəfələrlə səsləndirdiyimiz bu problemə nəhayət ki, “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov aydınlıq gətirdi.

“Sorğunuza cavab olaraq bildirək ki, 190 fərdi yaşayış evindən ibarət Şahlıq kəndinə bu ilin sonuna qədər qaz veriləcək. Bu ilin dövlət proqramına Şahlıq kəndi də daxil edilib.Kənd ərazisindən ixrac kəmərləri keçir. Önarın təhlükəsizlik zolaqları var, bu zolaqlara girmək olmazdı. İxrac kəmərəri ilə orta təzyiqli kəmərlər üst-üstə düşməsin deyə, koordinalar dəqiqləşdirilib və topoqrafik işlər aparılıb. Kəndə qazın verilməməsinin səbəbi də bu idi. İndi işlər başa çatdırılıb. Bu ilin sonuna qədər Şahlıq kəndinə qaz veriləcək. Qeyd edim ki, dediyiniz kimi qaz xətti Ağdaşdan çəkilməyəcək, Ramal və Əlikəndin daşıyıcı xətlərinə qoşulacaq”.

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »