Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Banklar təhrif edilmiş maliyyə hesabatı təqdim edirlər”

“Bankların saytlarında təqdim etdikləri maliyyə hesabtlarına inanmaq olmaz”.

Bizimyol.info xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov

Ekspert deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başlayanda bankların Mərkəzi Banka dəqiq hesabatların vermədiyini iddia etmişdi: “2016-cı ilin iyul ayında Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankı bağlamışdı. Və bu banklarına bağlanmasına səbəblərdən biri də bankların təhrif edilmiş hesabatlar təqdim etməsi göstərildi. Palata bununla demək istəyirdi ki Mərkəzi Banka həmişə təhrif olunmuş hesabtlar verilib. Yəni Mərkəzi Bank da təhrif olunmuş hesabatalara göz yumub.

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib səlahiyyətləri Mərkəzi Banka verildi. İndi də Mərkəzi Bank 4 bankı bağlayır və deyir ki, bu banklar Palataya təhrif edilmiş hesabatlar təqdim edib. Bu, o deməkdir ki, Azərbaycan bankları hesabatları təhrif etməyə adət edib. Mərkəzi Bank indi bundan xəbər tutub? “Atabank” bir ildir əmanətləri qaytarmırdı, amma hesabatlarında “hər şey qaydasındadır” yazırdılar”.

Ekspert Ə.Həsənov deyib ki, heç də bütün banklar təhrif edilmiş hesabatlar vermirlər: “Mən demirəm ki bütün bankların hesabatına inanmaq olmaz. Bəzi bankların hesabatları həqiqəti əks etdirir. Bankların hesabatları ilə bağlı problem var və bu problem həll olunmalıdır”.

Ramid İbrahimov

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »