Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyavuş Novruzov: “İşdən çıxarılan rüşvətxor məmur dərhal müxalifətə keçir”

Bildiyimiz kimi, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.Nazirlikdə külli miqdarda yeyintilərə yol verilməsindən nazir xəbərdar idimi? Mədəniyyət Naziri Əbülfəs Qarayevin hələlik işində qalması insanlarda suallar yaratdı? Bütün sadə insanların bildiyini nazir bilmirdimi? Nazir vəzifədən gedəcəkmi?

Bu suala cavab verən deputat Siyavuş Novruzov qeyd edib ki,bunu hüquq mühafizə orqanları araşdıracaq.

“Cənab Prezident dəfələrlə təkrar edib ki, korrupsioner məmur kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq. Siyasi mədəniyyət onu tələb edirdi ki, nazir bu qalmaqaldan sonra istefa verməli idi.Bizdə hələ belə bir siyasi mədəniyyət formalaşmayıb.

Bizdə kimi işini yarıtmadığına görə, rüşvət üstündə işindən çıxarırlar gedir qoşulur müxalifətə . Dünyada isə başqa cürdür. Siyasətçi hələ vəzifədəykən dövlətin siyasi kursudan narazıdırsa bunu bəyan edir, bildiri ki, öz siyasi baxışları uğrunda mübarizə aparacaq və istefa verir. Bizdə isə əksinə. İşdən qovulur, qovulan kimi dönüb olur müxalifətçi.Bu gün Əli İnsanov müxalifətçilərə ağsaqqallıq edir. İnsan Hüquqlarını müdafiə edir. Bilirsinizmi, beynəlxalq hüquq müdafiəçiləri var ki, onlar korrupsioner məmurların üstündə dava edirlər.Onun hüquqlarını qoruyub, müəyyən dairələrdən böyük pullar əldə etmək üçün.Kasıbların vəziyyəti onları maraqlandırmır”,- deyə Siyavuş Novruzov bildirib.

Deputat yaranmış vəziyyətdən öz xeyrinə istifadə etmək istəyənlərin də olduğunu qeyd edib.

“Bu gün bütün məmurlar korrupsionerdir demək olmaz. Kiminsə yerinə göz dikib, “o getsə mən gələrəm” düşüncəsi ilə iftira atan, böhtan yazılar yazdıranlar da məsuliyyətə cəlb olunacaq”.

İlhamə Rəsulova

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »