Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəbər portalının baş redaktoru barəsində cinayət işi başlanıb

Mətbuatda “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verdiyi açıqlamada bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək".

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »