Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan 10 ölkəyə soğan ixrac edəcək

Ölkədə soğan yığımı başlayıb. Bu il məhsuldarlıq bol, qiymətlər ucuzdur. Soğanın bir kiloqramı yerlərdə 23 qəpiyə, bazarlarda isə 10 -15 qəpik baha qiymətə satışa çıxarılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov Bizimyol.info-ya bildirib ki, Azərbaycan bu il soğanı yeni bazarlara da çıxara biləcək.

Belə ki, Ərəbistan və polşa ilə soğan ixracına dair müqavilə bağlayıb.

Bundan əlavə Azərbaycan Ukrayna, Rusiya, Belarus, Türkiyəyə də məhsul ixrac edir.

“Hələlik yalnız Bərdə rayonunda soğan yığımına başlanılıb. Tezliklə Ağdam və Beyləqanda da məhsul toplanacaq. Yığıan məhsul yerdə qalmayacaq. O artıq xarici bazarlarda öz alıcısını tapıb.Tezliklə ixraca başalayacağıq”- deyə nazirlikdən bildirilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 148 ölkədə hər il 110 milyon tondan çox soğan istehsal olunur. 2019-cu ildə istehsalda ilk beşlikdə olan ölkələr – Çin 22,547 milyon ton, Hindistan 19,402 milyon ton, ABŞ 3,167 milyon ton, Misir 2,505 milyon ton, İran 2,109 milyon ton soğan istehsal edib. Azərbaycandan soğan ixracını artırmaq üçün potensial bazarlar və bu bazarlara çıxmaq imkanı mövcuddur. Potensial bazarlardakı mövcud qiymətlər soğanın ixrac baxımından geniş perspektivə malik və gəlirli məhsul olduğunu göstərir.

Ötən ilin aprel may aylarında ölkədə soğanın xaricə ixracının çox olması ilə əlaqədar qiymətlərdə bahalanma qeydə alınmışdı.Bu il hələ ki, bahalaşma nəzərə çarpmır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »