Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artisti həyat yoldaşından ayrılıb

Azərbaycanın Xalq artisti Emin Ağalarov və “Miss Mordoviya-2004” titulunun sahibi, model Alena Qavrilova boşanır. Bu barədə Emin Ağalarov öz Instagram səhifəsində məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, 40 yaşlı müğənni qaynanasının ad günündə iki illik evliliyinə son verib.

Bununla belə o, Qavrilova haqqında öz xoş təəssüratənı da bildirib. “Təəssüf ki, hər şey bizim planlaşdırdığımız kimi getmədi. Mən birlikdə yaşadığımız hər gözəl gün üçün sənə minnətdaram. Xüsusən, bizim gözəl balamız Afinaya görə təşəkkür edirəm. Sən çox xeyirxah və xüsusi insansan”,- deyə Emin yazıb.

Alina Qavrilova isə hər şeyin belə alınmasının gözlənilməz və üzücü olduğunu qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »