Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 14 may, 2020

Qoç - günün birinci yarısı həddən artıq diqqət və ehtiyat tələb edəcək. Bu dövrdə yaxşı olardı ki, ümumiyyətlə heç nə etməyəsiniz, amma belə bir imkan çətin yarana. Ən azından, vacib qərarlar verməyə, bütün körpüləri yandırmağa tələsməyin. Həm fiziki, həm mənəvi gücünüzü qoruyub saxlayın.

Buğa - axşam daha xoş keçəcək. İstənilən faydalı fəaliyyət üçün münasib gündür. Yaradıcı potensialınız yüksəkdir, həm özünüzün, həm sizə yaxın olan insanların həyatını maraqlı etməyə çalışırsınız.

Əkizlər - istənilən mübarizə maraqlı bir işə çevrilir. Düşmənlər nə qədər aktiv və enerjilidirlərsə, onlara müqavimət göstərmək bir o qədər maraqlı gəlir.  Çoxları risk etməyə meyl edirlər, haqlıdırlar, özünü doğruldacaq. İstənilən münasibətlərə başlamaq olar: ruhən yaxın insanlar bu gün bir-birlərini tez tapırlar.

Xərçəng - bu gün xeyli mübahisə yarana bilər. Əksəriyyət isə məhz öz məntiqinin doğru olduğuna əmin olmaq üçün mübahisə edir. Xoşbəxtlikdən, fikir ayrılıqları münaqişə üçün əsas vermir, əsasən konstruktiv ruhda müzakirələrə çevrilir.

Şir - müsbət tendensiyaların təsiri çox güclüdür. Doğrudan da, möhtəşəm qələbələr qazana bilərsiniz. Hər şeyə vaxtınız çatır: həm işə, həm ictimai fəaliyyətə, həm istirahətə, həm yaxınlarınızla ünsiyyətə. Ziyafətə, yaxud mədəni tədbirə dəvət ala bilərsiniz.

Qız - maliyyə vəziyyətiniz yaxşıdır. Qətiyyətli və məqsədyönlü, eyni zamanda inadcılsınız. Bəzən o qədər inad edirsiniz ki, yaxınlarınız sərbəst qərar vermək hüquqlarını müdafiə etməli olurlar.

Tərəzi - həm işgüzar, həm şəxsi münasibətlər baxımından əla gündür. O, həm vacib məsələlərin həlli, həm də gələcək planların müzakirəsi üçün münasibdir. İstənilən işə ciddi və əsaslı yanaşırsınız. Bu həm sizi, həm də ətrafınızdakıları izafi narahatlıqdan qoruyur.

Əqrəb - əsəbi olacaqsınız. İstənilən xırdalıq sizi özünüzdən çıxara bilər. Var qüvvənizlə yaxınlarınızla münaqişədən qaçmağa çalışın, əks halda küskünlük və fikir ayrılıqları çox uzun sürəcək. Alış-veriş etmək məsləhət deyil.

Oxatan - dostlarınızın əhatəsində gözəl vaxt keçirəcəksiniz. Ola bilsin ki, yeni tərəfdaş və həmfikir tapasınız.

İdeyalarınızı müzakirəyə çıxarmaqdan, təşəbbüs göstərməkdən çəkinməyin. Ağıllı risk edə bilərsiniz. Səfərləriniz yaxşı keçəcək.

Oğlaq - birmənalı gün deyil. O, demək olar ki, əla başlayır, adi axarla davam edir və darıxdırıcı notlarla bitir. Odur ki, vacib görüşləri və danışıqları günün birinci yarısına salın. Səhərçağı həmçinin kütlə qarşısında çıxış, romantik görüşlər, sevgi etirafları üçün də münasibdir.

Dolça - bu gün gördüyünüz bütün işlər sizə məmnunluq gətirir. Yaradıcılığa meyliniz artıb. Bəzi Dolçalar əvvəllər bilmədikləri istedadlarını kəşf edəcəklər.

Balıqlar - işgüzar və şəxsi sferalarda müəyyən problemlər yaranır. Ancaq siz onları görməməyi üstün tutursunuz. Bu günün bütün hadisələrində müsbət cəhət tapa bilirsiniz. Əla taktikadır: həyatsevərlik və nikbinliyinizlə insanları cəlb edirsiniz, onların sayəsində isə çox şeyə nail ola bilərsiniz.

Milli.Az

Son xəbərlər
Bütün xəbərlər »