Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə virusa yoluxma və ölüm sayı azalmağa başlayıb - Video
Koronavirus

Türkiyə koronavirusla ciddi mübarizə aparır. Bəzən ardıcıl bir nüçə gün insanların küçəyə çıxmasına qadağa qoyulur.

Bizimyol.info xəbər verir ki, Türkiyədə karantinlə mübarizə tədbirləri bəhrəsini verməyə başlayıb. Qonşu, qardaş ölkədə virusa yoluxma və ölüm sayında azalma müşahidə edilir.

Son sutka ərzində Türkiyədə 1639 nəfərin virus testi müsbət nəticə verib. Əvvəlki günlərlə müqayisədə aşağı göstəricidir. Elə ölüm sayında da azalma var. Bu gün 58 nəfər infeksiya üzündən həyatını itirib.

Türkiyədə indiyə qədər 143 min 114 nəfərdə virus aşkarlanıb. Epidemiya virus daşıyıcılarının 3952-nin həyatla vidalaşmasıyla nəticələnib. Türkiyə Səhiyyə Nazirliyi 101 mindən çox pasiyentin sağaldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 4.4 milyona çatıb. Ən azı 295 min nəfər pandemiya üzündən həyatını itirib.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »