Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa turist mövsümünə hazırlaşır

Dünyada koronavirusa yoluxan 4.4 milyon adamın 1.7 milyonu avropalıdır. Buna baxmayaraq, Avropa turist mövsümünə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, iqtisadi məsələlər üzrə komissar Paolo Centiloni “El Pais” qəzetinə müsahibəsində bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, yayı boşa vermək olmaz: “Qoy lap təhlükəsizlik tədbirləri ilə olsun. Amma turist mövsümü baş tutmalıdır”.

Centiloninin fikrincə, üç istiqamətdə iş aparılmalıdır. Birincisi, nəqliyyatda təhlükəsizlik məsələləri həllini tapmalıdır. İkincisi, istirahət yerlərində bu işə diqqət ayrılmalıdır. Üçüncüsü, sərhədlərin açılması lazımi şəkildə həyata keçirilməlidir.

Avrokomissarın sözlərinə görə, turist fəallığı 40 faizə qədər aşağı düşüb. Buna baxmayaraq, yaxın aylarda rəqəmlər artmağa başlayacaq.

Avropa Komissiyası qitədə sərhədlərin iyunun 15-nə qədər tam açılmasında maraqlıdır. Baltikyanı ölkələr, Almaniya və Avstriya bu istiqamətdə xüsusi fəallıq göstərir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »