Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Məşhur basketbolçu Kim Çen Inla görüşü haqda: “Dəli kimi sərxoş olduq” - Video
Kim-Cen-İn----0---0

NBA-nın canlı əfsanəsi Dennis Rodman həm də Şimali Koreya lideri Kim Çen Inın dostu kimi tanınır.

Məşhur basketbolçu ondan az tanınmayan keçmiş boksçu Mayk Taysonun “HitBoxin” adlanan podkast verilişində KXDR prezidenti ilə görüşündən danışıb.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya lideri ilə NBA əfsanəsinin ilk görüşü 2013-cü ildə baş tutmuşdu. Rodmanın Asiya ölkəsinə səfəri bütün dünyada maraqla qarşılanmışdı. Məşhur basketbolçu verilişdə deyib ki, əslində, Şimali Koreyaya liderə görə getməyib, heç səfər zamanı onu tanımırmış: “Elə bilirdim ki, basketbol oynayacağam, fotolar çəkdirəcəyəm. Şimali Koreya haqqında heç nə bilmirdim. Matçdan sonra Kim Çen In mənə yaxınlaşdı. “Ölkəmi bəyəndinmi?” deyə soruşdu. Mən də Şimali Koreyanın çox gözəl olduğunu dedim”.

Rodmanın dediyinə görə, Kim Çen In əvvəlcə ölkədə basketbolun şahı sayılan Maykl Cordanı görmək istəyibmiş. Amma məşhur idmançıdan rədd cavabı gəlib. Şimali Koreyaya Rodman getməli olub.

“Məni evinə dəvət etdi. Yemək yeyib dəli kimi sərxoş olduq. Karaokedə mahnı oxuduq. Nə danışdığını xatırlamıram”, - qonaqlıq Dennisin belə yadında qalıb.

Rodman heç də hər şeyi unutmayıb. 18 cazibədar qızdan qurulan qrupun onlar üçün “Dallas” serialının məşhur musiqisini ifa etməsini yaxşı xatırlayır. Rodmanın sözlərinə görə, Şimali Koreyaya ikinci səfər zamanı ona ölkə ordusunu və raketləri də göstəriblər.

Paylaş »
››› İran qonşusu ilə sərhədləri açır
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »