Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı rəsmi açıqlama

“Azərbaycan həmişə girovlarımızın “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi təklifi ilə çıxış etmişdir. Təəssüflə qeyd etmək istəyirəm ki, digər sahələrdə olduğu kimi, Ermənistan tərəfindən bu sahədə də tamamilə qeyri-humanist, destruktiv siyasət həyata keçirilir. Bu da münaqişənin ümumiyyətlə həlli prosesinə də şamil olunacaq bir yanaşmadır ki, Ermənistan tərəfdən hər addımda görürük”.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə koronavirus testi edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunması ilə bağlı suala cavab verərkən bildirib:

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı məsələ bilavasitə Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə həyata keçirilir. Bu BQX-nin aidiyyəti yerli nümayəndəlikləri də bu prosesdə Azərbaycan Respublikasına dəstəkçi olurlar və müəyyən əlaqələndirməni, rabitəni həyata keçirirlər.

Təbii ki, Azərbaycanın çağırışı da ondan ibarətdir ki, məhz Covid-19 riskini, onun yaratdığı qlobal-humanitar fəlakəti nəzərə alaraq, humanist məramlardan çıxış edərək “hamının hamıya” prinsipi əsasında girovların dəyişdirilməsi həyata keçirilməlidir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinə, aidiyyəti beynəlxalq təsisatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarımızın səhhəti ilə bağlı, o cümlədən Covid-19-dan irəli gələn səhiyyə problemləri ilə bağlı müraciətlərimiz davamlı şəkildə edilir və bundan sonra da ediləcək”. (Qafqazinfo.az)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »