Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi sərhədləri açır

Avropa ölkələrində karantin rejiminin yumşaldılması prosesi davam edir. Hətta sərhədlər də açılır.

Bizimyol.info xəbər verir ki, Estoniya, Latviya və Litva mayın 15-dən bir-birinin arasında gediş-gəliş imkanlarını bərpa edəcək. Litva Polşa ilə sərhədində keçid qaydalarını xeyli yumşaldıb. Sıraya Almaniya da qoşulur. Avropa ölkəsi iyunun 15-nə qədər bütün sərhədlərini açmaq qərarına gəlib.

Almanların ilk səfər edə biləcəyi ölkə Lüksemburq olacaq. Mayın 16-da cırtdan ölkə ilə sərhəd açılacaq. Almanlar Danimarka ilə bu istiqamətdə danışıqlar aparır. Skandinaviya ölkəsiylə də mayda razılaşmanın baş tutması mümkündür. Şənbə günündən Avstriya, İsveçrə və Fransa ilə sərhədlərdə yumşalma prosesinə başlanılacaq. Bu ölkələrlə sərhədlərdə qadağanın iyunun 15-də tam aradan qaldırılması gözlənilir. Hərçənd, Avstriyanın kansleri Sebastyan Kurts təxminən bir ay gözləmək istəmədiklərini gizlətmir. Avstriyalılar İsveçrə və Lixtenşteynlə sərhədlərin açılmasını da səbirsizliklə gözləyir.

Ümimiyyətlə, Avropa Komissiyasının siyasəti belədir ki, iyunun 15-nə qədər bütün sərhədlər açılsın. Təyyarələrdə və aeroportlarda maskadan istifadə edilməsi qala bilər. Sosial məsafə də gözlənilməlidir. Amma sərhədlərin açılması məqsədəuyğun sayılır.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »