Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacızadə: ”ÜST Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib”

“Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq qurulub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, mart ayının əvvəlində ÜST-ün ekspert qrupu Azərbaycanda olub, Azərbaycanın gördüyü işlər yüksək qiymətləndirilib: “Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alır. 11 may tarixində isə ÜST-ün Baş Direktoru Azərbaycanın gördüyü tədbirləri çox yüksək qiymətləndirib”.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ÜST ilə təmaslarını davam etdirəcək: “ÜST-ün Avropa regional bürosu və Bakıdakı nümayəndəliyi ilə sıx təmas davam etdirilir”.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Son xəbərlər
Bütün xəbərlər »