Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virtual aləmdə haqqınızda paylaşılanlar sizi qorxutmasın - İnternet Media Hüquq Bürosu yaradıldı

İnternet və sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevriləndən bəri öz bərabərində bəzi problemləri də gətirib. İndi sosial şəbəkələr vasitəsilə öz işini reklam edib böyük uğurlar əldə edənlərlə yanaşı, kimlərinsə şəxsi həyatına müdaxilə, istənilən şəxsə qarşı anonim şəkildə qaralama kampaniyası, təhqir və qara piyar aparanların da sayı az deyil.

Bir sözlə, bu resursdan hər kəs fərqli məqsədlə istifadə edir. Elə bu da bir çox problemlərin yaranmasına, şantajlara, hətta bəzən insan həyatlarının məhvinə səbəb olurdu. Bu məsələ mütləq şəkildə öz hüquqi həllini tapmalıydı.

Azərbaycanda çox ehtiyac duyulan və ən əsas aktual məsələlərdən olan bir mövzuya ilk dəfə olaraq önəm verən peşəkarlardan ibarət komanda İnternet Media Hüqüq Bürosunu yaradıb.

Bizimyol.info xəbər verir ki, İnternet Media Hüquq Bürosu Azərbaycanda sosial şəbəkələr və internet resursları üzərində fəaliyyət göstərən hüquq şirkətidir. Şirkət, rəqəmsal platformalarda və internet dünyasında fiziki və hüquqi şəxslər haqqında dərc olunmuş mənfi materialların aradan qaldırılması üzrə hüquqi xidmət göstərir.

Yuxarıda qeyd etdiyimiz kimi, rəqəmsal platformaların insanların həyatında əsas meyar kimi formalaşması,həmçinin internet dünyasının insanların iş və şəxsi həyatlarına qeyri-formal şəkildə müdaxiləsi internet media hüququnun peşəkar səviyyədə təqdimatı üçün ehtiyac yaradır.

İnternet Media Hüquq Bürosu; Google, YouTube, Facebook, Instagram, Twitter, LinkedIn və istənilən digər sosial platformalarda hüquqi xidmət göstərərək, fiziki və hüquqi şəxslərə aid qeyri-etik, təhqir, narazılıq yaradan və bütün mənfi məzmunlu video materialların, şəkillərin, şərhlərin, hesabların və informasiya tipli məlumatların aradan qaldırılmasını həyata keçirir. Sosial şəbəkələr kənardan rəngarəng görünsə də hər istifadəçinin məqsədinə görə də təhlükəli alətə çevrilə bilir. Sosial şəbəkələrin funksionallığı artdıqca ondan istifadə edən insanların sayı da artır, bu isə sosial şəbəkələrin daha da böyüməsinə təkan verir. Odur ki, bu tipli təhlükələrdən kənar olmaq və internet məkanında hüquqlarınızın pozulmasının qarşısını almaq istəyirsinizsə, İnternet Media Hüquq Bürosuna tam əminliklə müraciət edə bilərsiniz.

Büro ilə daha yaxından tanış olmaq üçün aşağıdakı əlaqə vasitəsi və internet ünvanlarından istifadə edə bilərsiniz.

Facebook: https://www.facebook.com/internethuquq

Instagram: https://www.instagram.com/internethuquq/

Əlaqə: (+994 77) 401 35 35

Son xəbərlər
Bütün xəbərlər »