Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da məhkumlar təxliyə üçün özlərini koronavirusa yoluxdurdu

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerləşən həbsxanada məhkumlar təxliyə olunmaq üçün özlərini koronavirusa yoluxdurublar.

Bu barədə məlumatı “Los Angeles Times” nəşri yayıb.

Məlumata görə, məhkumlar bilərəkdən eyni stəkandan su içib, bir-birilərinin maskasını taxıblar.

“Onların təxliyə etməyə məcbur qalmağımız üçün belə bir addım atdıqları məlumdur. Normalda hər məhkum heç kəslə paylaşmadığı şəxsi bir stəkanı olur. Bu olaydan sonra 21 məhkuma COVID-19 diaqnozu qoyulub. Xəstəliyin kimdən yayıldığı və hadisənin təfərrüatını araşdırırıq”, - şerif Aleks Vilyanueva açıqlayıb.

Pitç həbsxanasının mühafizə kameralarında qeydə alınan görüntülər çox sayda məhkumun eyni stəkandan su içdiyini, bəzi maskaları iylədiklərini ortaya çıxarıb.

Bundan başqa, onlar hərarət ölçümündən öncə isti su içərək termometri yanıltmağa çalışıblar. (Report.az)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »