Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb

İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də əksini tapıb.

Dəyişikliyə əsasən, nazirliyin vəzifələri sırasına aşağıdakılar əlavə edilib:

- strukturuna daxil olan müvafiq qurum vasitəsilə insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən etmək;

- strukturuna daxil olan müvafiq qurum vasitəsilə texniki reqlamentdə müəyyənləşdirilmiş əsas tələblərin təmin olunması məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;

- strukturuna daxil olan müvafiq qurum vasitəsilə uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini, habelə xarici mənşəli uyğunluq sənədlərinin tanınması nəticələrinin reyestrini aparmaq;

- strukturuna daxil olan müvafiq qurum vasitəsilə istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirmək, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin etmək və belə malların uçotunu aparmaq.

Eyni zamanda İqtisadiyyat nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edəcək.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »