Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlaxda silsilə quldurluq edənlər saxlanılıblar

Yevlax rayonunda silsilə şəkildə quldurluq edən şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb.

Belə ki, əvvəlcədən əlbir olub mütəşəkkil dəstə şəklində tənha yaşayan yaşlı sakinlərə zor tətbiq edərək - mart ayının 12-də 1943-cü il təvəllüdlü Ş. Cəbrayılovanın 600 manat pulunu, aprel ayının 5-də 1961-ci il təvəllüdlü M. İbrahimovun 8 600 manat pulunu və aprel ayının 28-də 1942-ci il təvəllüdlü Z. Məmmədovanın 1000 manat pulunu quldurluq yolu ilə ələ keçirmişlər.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov saxlanılıb. Dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Prezident işğaldan azad olunan ərazilərimiz barədə xəbər paylaşıb
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
Son xəbərlər
Bütün xəbərlər »