Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karonavirusa görə dəvəquşu yumurtasına tələb artdı - Foto

Türkiyədə koronavirusa görə dəvəquşu yumurtasına yüksək tələbat yaranıb.

Bizimyol.info xəbər verir ki, Karamanda dəvəquşu ferması na sahib olan Hacı Gedikaslan son günlər əhalidən dəvəquşu yumurtasına gələn tələbi qarşılamaqda çətinlik çəkdiyini bildirib. İnsanlar dəvəquşu yumurtasının immun sistemini gücləndirməsini əsas gətirərək, dəvəquşu yumurtası almağa başlayıb.

Hacı Gedikaslan bildirib ki, 1995-ci ildən bəri dəvəquşu ferması var. Hər il çoxlu sayda yumurta və quş balası satmaqla məşğul olur.

“Dəvəquşu balaları yumurtadan 40-45 gün ərzində çıxır Ana dəvəquşu nə qədər güclüdürsə, balaları da bir oq ədər zəif olur. İnkubatorlarda 34 gün qaldıqdan sonra körpə quşları 25 dərəcə nəmlik olan xüsusi otaqlarda saxlayırıq. Dəvəquşu balasını böyütmək çox zəhmətli işdir.

dəvəquşu

Dəvəquşu yumurtasının tərkibi toyuq yumurtasının tərkibindən çox fərqlənmir. Onun ölçüsü isə 25-40 toyuq yumurtası qədər olur. Bir yumurta təxminən 1500-1600 qram çəkiyə malik olur.

Cavan dəvəquşu yumurtasının çəkisi az, yaşlı dəvəquşu yumurtasının çəkisi isə daha çox olur. Dəvəquşu yumurtasnını satış qiyməti təbii olaraq yüksəkdir. Ən faydalı yumurta gənc dəvəquşunun yumurtası hesab edilir.

Dəvəquşu yumurtası iki rəngdə ola bilir. Tünd rəngli dəvəquşunun(emu)yumurtası tünd yaşıl, adi dəvəquşu yumurtasının rəngi isə bozun ağ çaları və ya sarının çəhrayı çalarında olur. Belə ki, yumurtanın rəngi dəvəquşunun rəngindən asılı olaraq dəyişir. Dəvəquşu 40-80 ədəd yumurta qoymaq qabiliyyətinə malikdir. Yumurtanın tərkibində olan xolesterinin miqdarı adi yumurtaya nisbətən azdır. Dəvəquşu yumurtasının tərkibindəki doymamış yağlar orqanizm tərəfindən yaxşı sorulmadıqda damarlarda toplanıb zərər verə bilir”,- deyə fermer qeyd edib.

Bala çıxarmağa qadir mayalanmış dəvəquşu yumurtası 200 lirə, sadə bişirilmək üçün mayasız yumurta 100 lirəyə satılır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »