Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ticarət mərkəzlərinə qarşı ağır ittiham: “Təhlükəsizlik axırıncı məsələdir”

“Eurohome” tikinti materialları bazarında baş verən yanğın ciddi araşdırılmalıdır”.

Bizimyol.info xəbər verir ki, bu barədə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib.

Elmar Nurəliyev Elmar Nurəliyev - Təhlükəsizlik məsələləri üzrə ekspert

Ekspert bildirib ki, eyni obyektdə ikinci dəfə yanğın hadisəsinin baş verməsi burada idarəetmədə ciddi problemlərin olmasından, aradan qaldırılmayan nöqsanların və obyektin hər hansı fövqəladə vəziyyətə qarşı müdafiə sisteminin lazımi səviyyədə olmamasından, yanğın təhlükəsizyilinə dair mühafizə sisteminin təşkil edilməməsindən xəbər verir: “Bilirsiz, bu cür hadisələrdən heç bir obyekt sığortalanmayıb. Ancaq qarşısının alınması, dəyə biləcək maddi və yaxud mənəvi zərərin azaldılması və ən başlıcası isə insanların həyat və sağlamlığına təhlükənin minimal səviyyədə olması üçün mütləq qaydada önləyici təhlükəsizlik tədbirləri görülməlidir.

Bu məsələ ya təsədüfdür, ya zərurət, hər iki yanğın hadisəsi iş vaxtında baş verməyib. Birinci hadisə səhər saatlarında, təxminən saat 8-də, ikinci hadisə isə gecə saatlarında, təxminən saat 10-11 arasında olub. Bu vaxtı isə obyektdə yalnız mühafizə xidməti olur. Araşdırılmalıdır ki bu hadisə haradan qaynaqlanıb, nədən başlayıb, haradan başlayıb? İlk görən kim olub və nə vaxt görüb? Gördükdən sonra hansı tədbiri hansı vaxt ərzində görüb? Bundan öncə hər hansı yanğın təhlükəsizliyinin pozulması halları aşkar olunubmu, olunubsa, hansı tədbirlər görülüb, görülübsə nəticəsi necə qiymətləndirilib? Yanğın təhlükəsizliyinə cavabdeh şəxs varmı, varsa hansı yanğın təhlükəsizliyi tədbirləri görüb? Hadisədən öncəki günlərdə hansı nöqsanları aşkar edib, edibsə hansı tədbirlər görülüb? Bu kimi suallara cavab hadisənin hansı səbəbdən baş verməsini aydınlaşdırır”.

Ekspert təəssüflə deyib ki, bir çox ticarət obyektləridə təhlükəsizlik məsələsinə-həm yanğın təhlükəsizliyi, həm texniki təhlükəsizliyə, əməyin mühafizəsinə, iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılmasına, fövqəladə vəziyyətdə davranış qaydalarına, işçilərin ilkin tibbi yardım haqqında ilkin biliklərinin olmasına, sanitariya-gigiyena qaydalarına, elektron – informasiya təhlükəsizliyi kimi vacib nüanslara diqqət yetirilmir: “Demək olar ki bu sahəyə maraq yoxdur. Obyektlərdə təhlükəsizlik məsələsi bəlkə də ən axırıncı müzakirə mövzusudur. Ona görə də bu cür hadisələr qaçılmaz olur”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »