Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“EuroHome"un rəhbəri cinayət məsuliyyətinə cəlb oluna bilər - Ekspert

Xəbər verdiyimiz kimi bu gün gecə saatlarında Binəqədi rayonundakı "EuroHome" tikinti materialları bazarındakı yanğın baş verib. Hadisə yerinə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib ki, bir müddət əvvəl burada yanğın baş verərkən bazar rəhbərliyinə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Nazir bazar sahibinin həmin tədbirləri görmədiyini deyib: “Bu sahibkar çox məsuliyyətsizdir ki, şəxsi obyektini bu cür təhlükəli şəraitdə işlədir”.

Bizimyol.info-nun xəbərinə görə, məsələ ilə bağlı sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib ki, hadisənin baş verməsində bazar rəhbərliyinin günahı sübuta yetirilərsə, o zaman bazarın sahibi cinayət məsuliyyətinə cəlb oluna bilər.

İlkin İbrahimov

Ekspert deyib ki, "EuroHome" tikinti materialları bazarı ilə bağlı məsələ artıq ciddi araşdırma tələb edən məsələlərdən birinə çevrilib: “Bu günə kimi bazarlarda baş verən yanğınlarla bağlı nəzarət qurumu daim qarşı tərəfi ittiham edir. Bu ittihamlar onu göstərir ki, onlar da bu məsələdə irəliləyişə nail ola bilmirlər.

Bazarın təhlükəsizlik qaydalarına nəzarət birbaşa FHN-in vəzifəsidir. İnzibati Xətalar Məcəlləsinə əsasən obyektləri və bütöv bazarı sığortalamamağa görə FHN-in vəzifəli şəxsləri dükan sahiblərini və bazar rəhbərini təhlükəsizlik tədbirlərinə əməl etmədiyinə görə cərimələməliydilər.

Sahibkarların da bu məsələdə günahı ondan ibarətdir ki, onlar da birinci yanğın hadisəsindən sonra sığortalanmağa ciddi yanaşmayıblar. Ümumiyyətlə bütün sahibkarlar bu məsələdə həm dövlətin, həm də əlaqədar qurumların tələb və tövsiyələrini heçə sayırlar. Bu da hadisədən sonra sahibkarları zərərlərlə üz-üzə qoyur”.

Ekspert vurğulayıb ki, daşınan əmlakla bağlı sığortalanma səviyyəsi ölkə üzrə ümumilikdə zəif gedir: “Lakin xüsusilə sahibkarlar üçün daşınan əmlakın sığortası vacibdir. Eyni zamanda, daşınan əmlakın sığortalanması üçün sahibkarların da mühasibatlıqlarının rəsmiləşdirilməsi çox vacibdir. Belə ki, daşınan əmlak sığortalanan zaman nə qədər malın bilinməsi üçün mütləq mədaxil olunan mal görünməlidir. Bu ona görə vacibdir ki, sığorta şirkəti də öz riskini, yəni gələcəkdə baş verəcək hadisəyə görə nə qədər kompensasiya ödəməli olacağını hesablasın”.

Ramid İbrahimov

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »