Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Gürcüstan vətəndaşı narkotiklə saxlanılıb

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan Gürcüstan vətəndaşı saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyev tutulub. Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram narkotik vasitə heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qabil Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qabil Əliyev cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »