Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ailəsi ilə birlikdə koronavirusa yoluxan Əməkdar artist: “Virusun olmadığını deyənlərə inanmayın”

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva və onun ailə üzvləri koronavirusa yoluxub.

Bu barədə Bizimyol.info-ya Şəfəq Əliyeva özü məlumat verib. O, Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında qızı ilə eyni palatada müalicə alıb. 18 gündən sonra sağalsa da, hələ də evində karantində qalan aktrisa qeyd edib ki, ailə üzvləri hərəsi bir klinikada müalicə alır. Bu yaxınlarda həyat yoldaşı, Xalq artisti Rafiq Əliyevi itirən əməkdar artist bildirib ki, yas məclisi qurulmayıb, dəfndən evə dönərkən ailə üzvləri qızdırmaları qalxdığına görə həkimə müraciət edib və karantinə alınıblar.

Əməkdar artist Şəfəq Əliyeva Əməkdar artist Şəfəq Əliyeva

“Dəfndən evə gəldik. Karantinə görə yas mərasimi qura bilmədik. Hamımızın qızdırması qalxmışdı. Həkimə müraciət etdik. Test nəticələrini pozitiv görəndə özümü itirdim. Rafiqin dərdi yaddan çıxmamış qaldıq öz hayımıza. Oğlum, qızım, iki nəvəm, baldızlarım, hamımız klinikalarda koronavirusdan müalicəyə yatırıldıq. Xəstəliyi ən ağır formada mən keçirdim. Süni nəfəs aparatına qoşuldum. Oğlum və nəvələrim tez sağaldılar.Bu virus dəhşətlidir, 18 gün ölümün gözünə baxdım. Özünüzü qoruyun, virus yoxdur deyib arxayın olmayın. Mən özümü qorusam da harda yoluxdum, bilmirəm".

Qeyd edək ki, Şəfəq Əliyevanın həyat yoldaşı, Xalq artisti Rafiq Əliyev onkoloji xəstəlik səbəbi ilə həyatını itirib.

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »