Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın İranla bağladığı qalmaqallı saziş Konstitusiyaya zidd imiş - Açıqlama
Körpü  Iran - Qarabağ

Son günlərdə yerli mətbuatda 2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi tikintisi məsələsi ətrafında müzakirələr yaranıb.

Bizimyol.info-nun verdiyi xəbər görə, hüquqşünas Ələsgər Məmmədli bildirib Azərbaycan ilə İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Sazişin 14-cü maddəsi konstitusiyaya ziddir.

Ələsgər Əhmədoğlu Ələsgər Məmmədli

“Sazişin 14-cü maddəsində bildirilib: “Hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra razılaşdırılmış metodlar əsasında suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır”.

Azərbaycan hökumətinin və hökumətin imzaladığı Sazişi təsdiq edən Milli Məclisin referendum olmadan dövlət sərhəddini dəyişdirməyi nəzərdə tutuan hər hansı öhdəlik götürməsi Azərbaycan Konstitusiyasına ziddir.

Konstitusiyanın 3-cü maddəsində açıq şəkildə ifadə edilib ki, Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendumla həll oluna bilər. Sadəcə, bu amil sazişin təsdiqi haqqında qanunun Konstitusiya məhkəməsi tərəfindən qiymətləndirilməsini zəruri edir”.

Ramid İbrahimov

Paylaş »
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »