Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Artıq çəki orqanizm üçün faydalı imiş
Arıqlama

Dünya tibb elmi maraqlı statistik fakt qarşısında qalıb, hələlik həkimlər bu faktın izahını verə bilmirlər.

Bizimyol.info Nat.geo.ru-ya istinadən xəbər verir ki, ağır çəkinin və piylənmənin insan orqanizminə verdiyi zərər barəsində uzun illər mövcud olmuş rəyin əksini sübut edən dəlillər aşkarlanıb.

Hələ 2015-ci ildə bir neçə mütəxəssis bu fikrə gəlib. Onların arasında Luiziana ştatında kordioloq işləyən Karl Lavi də var idi. Öz həkimlik praktikası əsasında statistika toplayan Lavi bu barədə kitab dərc etmək istəsə də, onun təqdim etdiyi faktları reallıq kimi görülməyib, kitabın dərcindən imtina edilmişdi.

“The Obesity Paradox” (Piylənmənin paradoksu) adlı kitabı dərc ediləndə artıq onlarla araşdırma doktor Lavinin fikirlərini təsdiqləyən nəticələr vermişdi.

Mütəxəssislərin fikrinə görə, artıq çəki insanı çoxlu sayda tibbi problemlərdən, o cümlədən pnevmoniya, yanıqlar, xərçəng, hipertoniya və ürək xəstəliklərindən qoruya bilər. ABŞ Xəstəliklərin Profilaktikası Mərkəzinin (Centers for Disease Control and Prevention - CDC) nümayəndələri dərhal bu nəzrəiyyəyə qarşı çıxdılar.

CFC nümayəndələri bu günə qədər ən nüfuzlu mənbə hesab edilən öz statitikalarını əsas gətirərək artıq çəkinin insan orqanizmi üçün ziyanlı olduğunu bəyan etdilər. Lakin hətta onlar belə onillər ərzində artıq çəkinin müxtəlif xəstəliklərin müalicəsində müsbət rol oynaması barədə faktları izah edə bilmədilər.

Söhbət piylənmənin sösüz faydasından getmir, lakin məsələ dietoloqların da təsvr etdiyi qədər qorxunc halda deyil. Bir çox mütəxəssislər bütün efirlərdən var gücləri ilə isbat etməyə çalışırdılar ki, artıq çəki şəkərli diabet, ürək-damar xəstəlikləri, xərçəng və sair xəstəliklərin yaranmasına səbəb olur.Bu o zaman keçərlidir ki, insan birdən birə artıq çəki almış olsun.Yaşlı insanlarda isə piylənmə ömrü uzadır. Artıq çəkiyə malik qocalar arıq bədən quruluşuna malik insanlardan 6% daha uzunömürlü olurlar.

Həkimlər piylənmənin paradoksunu izah edə bilmirlər.Lakin məlum olan budur ki, artıq çəkili insanlar bir çox respirator virus xəstəliklərini, soyuqlamanı, pnevmoniyanı daha yüngül formada keçirirlər.

İlhamə

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »