Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kabildə xəstəxananın girişində terror aktı törədilib: Ölənlər var

Kabildə terrorçu-kamikadzenin törətdiyi partlayışda 5 nəfər ölüb.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, hadisədən dərhal sonra silahlılar xəstəxanaya daxil olub.

Bildirilib ki, səhiyyə personalının yalnız bir hissəsi hospitalı tərk edə bilib. Məlumata görə, “Taliban” hücumda iştirakını rədd edib.

*** 11:04

Əfqanıstanın paytaxtı Kabilda xəstəxanalardan birinin girişində törədilən partlayış nəticəsində 4 dinc sakin xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı xəsətəxananın həkimi bildirib.

Bildirilib ki, terrorçu-kamikadze partlayıcı qurğunu xəstəxananın girişində işə salıb. Daha sonra hospitala silahlılar hücum edib.

Tibb işçilərinin bir hissəsi binanı tərk edə bilib.

Binada atışmanın baş verdiyi və silahlıların əl qumbarasından istifadə etdiyi bildirilib.

Məlumata görə, bu tibbi müəssisə “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilat tərəfindən dəstəklənir.

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Son xəbərlər
Bütün xəbərlər »