Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas: “Həbs edilmiş məmurlar ölkədə gərginlik yaradacaq”

Azərbaycanda son günlər korrpusiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində rüşvətə görə həbs olunan icra başçıları, nazir müavinləri ilə bağlı cəmiyyətdə müzakirələr səngimir. Bir çox ekspertlər hesab edirlər ki, xalqın malını sömürmüş oliqarxlar, məmurlar öz yaxalarını qurtarmaq üçün ölkədə narazılıq dalğası yaratmaq istəyəcəklər.

“Bu gün rüşvət almışların hamısını həbs etmək məqsədi güdülsə buna heç həbsxanalar da çatmaz, həm də bu onsuz da ölkədə gərgin olan vəziyyəti daha da gərginləşdirər”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri hüquqşünas Aslan İsmayılov səsləndirib.

“Heç kimə sirr deyil ki, korrupsiya uzun illərdir idarəetmə sisteminin mahiyyəti olubdur. Bu gün ancaq tutmaqla korrupsiyanın kökünü kəsmək olmaz və hamını həbs etmək də mümkünsüzdür. Elə son günlər həbs edilmiş məmurların ölkədə gərginlik yaradacağına şübhə etmirəm. İndi təsəvvür edin ki, bütün oliqarx-məmurlar həbs edilsə nə olar?!

Buna görə hesab edirəm ki, həbslərlə yanası sistemin dəyişdirilməsi yolunda ciddi addımlar atılmalıdır. Bunun üçün isə yaxın zamanlarda maliyyə amnistiyası elan edilməli və Azərbaycanda hələ 2005-ci ildə qəbul edilmiş “Gəlir deklarasiyası haqqında” Qanunun icrasına başlanmalıdır”,- deyə hüquqşünas qeyd edib.

Lakin şəxsən mən hesab etmirəm ki, artıq gücünü itirmiş, oturduğu kresloya söykənərək, gücünü vəzifəsindən alan məmurlar buna qadir olsunlar.

İlham Məmmədov

Millət vəkili İlham Məmmədov son günlər DTX tərəfindən keçirilən əməliyyatlara belə münasibət bildirib.

“Dövlət maddi, maliyyə yardımları edir ki, vətəndaşlar belə çətin zamanlarda həm psixoloji, həm də sosial gərginliklərini aradan qaldırsınlar. Ancaq əhalinin həssas qruplarına verilən kartları vicdansız, harınlamış, xain məmurlar mənimsəyib, öz kabinetlərində şəxsi mənafeyi üçün istifadə edirlər. Hesab edirəm ki, bəzi icra başçılarının həbsi həm cəmiyyətə, həm də vicdanını itirmiş digər məmurlara mesajdır”.

Deputat İlham Məmmədovun da qeyd etdiyi kimi, bu həbslər vəzifəsindən sui –istifadə edənlərə mesajdır.

Xalqa söykənmiş dövlətin dəmir əli daha güclü olar.Əhalinin qanını sormuş korrupsiooner ordusunun isə saxta üzü çoxdan açılıb, kimsənin onların fitnə- fəsadına uymasına inanmıram.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »