Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərhəddə ölkəyə gətirilən külli miqdarda narkotik aşkarlanıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasi­tənin İran İslan Respublikasından Azərbaycan Respubli­kası əra­zisinə gətirilməsinin qarşısı alınıb.

10 may tarixində Astara rayonunun Orucməhəllə kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çan­tada 3 ədəd bağlamada ümumi çəkisi 11,9 kiloqram olmaqla 4900 qram “Marixuana”ya, 3450 qram “Heroin”ə, 1550 qram “Tiryək”ə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.

10 may tarixində DİN əmək­daşları ilə birgə keçirilmiş əmə­liy­yat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxın­lı­ğın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram“heroinə” oxşar vasitə aşkar olunub.

11 may tarixində Beyləqan rayonunun Əhmədli kəndi yaxın­lı­ğında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd nar­yadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar oluna­raq ona “Dayan” əmri verilib, qaçaqmalçı dövlət sər­hədindən qa­nun­suz keçir­diyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram “tiryək”ə, 16305 qram “heroin”ə, 2415 qram “ma­­ri­xuana”ya oxşar vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »