Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanın Vayos Dzor əyalətində ilk dəfə koronavirusa yoluxma aşkarlanıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, Areni kəndində ilk dəfə COVID-19-a yoluxma qeydə alınıb.

Kəndin icra nümayəndəliyinin rəhbəri Usik Saakyan faktı təsdiqləyib. "Koronavirusa yoluxma bir gün əvvəl 60 yaşlı qadında təsdiqlənib. Xəstəxanaya yüksək temperaturla daha iki nəfər çatdırılıb. Onlardan biri qadının əridir. Digər şəxs isə ailə ilə ünsiyyətdə olmuş şəxsdir.

Onlarla ünsiyyətdə olanlara özünütəcriddə olmaq göstərişi verilib. Qadın çox adamla ünsiyyətdə olub. Kənd böyükdür, indi onun kiminlə ünsiyyətdə olduğunu müəyyənləşdiririk ", - Saakyan bildirib.

Son məlumatlara görə, Ermənistanda daha 79 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb. Beləliklə, ölkədə yeni virusa yoluxanların sayı 3 392-yə çatıb. Pandemiyadan ölənlərin sayı 46-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,25 milyonu ötüb, 286 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »