Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Konsulluqdan Türkiyədə ölən azərbaycanlı həkimlə bağlı açıqlama

Türkiyədə koronavirusdan vəfat edən azərbaycanlı həkim bu ölkənin vətəndaşıdır.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Konsulluqdan bildirilib ki, may ayının 10-da İstanbulda müalicə olunduğu xəsətəxanalardan birində vəfat edən həkim Tahir Bababəyli Azərbaycan vətəndaşı deyil və bu səbəbdən də, konsulluq onun dəfni ilə bağlı proseslərdə iştirak edə bilmir: “İstanbulda vəfat edən azərbaycanlı həkim Tahir Bababəyli barədə məlumatımız var. O, Türkiyə vətəndaşdıdır. T.Bababəyli ilə bağlı qərarlar ailəsinə və vətəndaşı olduğu ölkəyə məxsusdur”.

Qeyd edək ki, 61 yaşlı T.Bababəyli İstanbulda Kayabaşı Məhəlləsi Xəstəxanasında çalışıb. Bu barədə məlumatı Türkiyədə yaşayan professor Toğrul İsmayıl özünün “facebook” hesabında yayıb. O, bildirib ki, T.Bababəyli aprelin 10-da koronavirus infeksiyasına yoluxub, 20 gün əvvəl isə komaya düşərək vəfat edib.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »