Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp tibbi maskadan imtinasının səbəbini açıqladı

ABŞ prezidenti Donald Tramp bildirib ki, koronavirus pandemiyası dövründə tibbi maska geymir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu ona heç kimin yaxınlaşmaması ilə əlaqələndirib.

Ağ Evdə keçirdiyi mətbuat konfransının gedişatında jurnalistlər ABŞ liderindən Ağ Evin artıq bir neçə əməkdaşının koronavirusa yoluxmasına baxmayaraq, niyə müdafiə vasitələrinə məhəl qoymamasını soruşublar.

"Onlar (əməkdaşlar) məndən və bir-birlərindən müəyyən məsafədədirlər”, - ABŞ rəhbəri deyib.

Tramp əlavə edib ki, o özü Ağ Evdə hər kəsdən uzaqdır. Brifinqdə iştirak edən Amerika administrasiyasının digər nümayəndələri tibbi maskalarda olublar.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanlar arasında Trampın öz köməkçisi də var. Bununla yanaşı, Ağ Evin əməkdaşları arasında da bir neçə nəfər COVID-19-a yoluxub.

ABŞ virusa yoluxma və ölüm hallarının sayına görə dünyada liderliyini davam etdirir. Birləşmiş Ştatlarda koronavirusa 1 384 974 yoluxma və 81 732 ölüm qeydə alınıb. Ölkədə ölüm göstəricisi hər milyon sakinə 247 nəfər düşür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »