Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Analar Gününü qeyd etməyən ərini ağır yaraladı - Video
qq1537440089

Türkiyədə ailə-məişət zəminində mübahisə pis nəticələnib. Qadın odlu silahla həyat yoldaşını ağır yaralayıb.

Bizimyol.info xəbər verir ki, hadisə Adanada baş verib. Gizem A. həyat yoldaşının (Cengiz A.) həyatını təhlükə qarşısında qoyub. Ərinin Analar Gününü qeyd etməməsi qadını özündən çıxarıb. Mübahisə başlayıb. Gizemin dediyinə görə, hərbçi ər silahını çıxararaq onun başına dayayıb: “Qorxudan gözlərimi yumdum. Bir az sonra həyat yoldaşım silahı divanın üstünə tulladı. Mən də hirslənib silahı götürdüm və ona tuşladım. Həyat yoldaşım əlimdən almaq istəyəndə atəş açıldı”.

Hadisə yerinə gələn polislər Gizemi həbs edib. Cengiz təcili Seyhan dövlət xəstəxanasına aparılıb. Vəziyyəti ağırdır.

Sosial mediada hadisə geniş müzakirəyə səbəb olub. Ümumi fikir belədir ki, karantin rejimi insanların psixoloji durumuna pis təsir göstərir, ailə-məişət münaqişələrinin sayı çox artıb.

Paylaş »
››› İran qonşusu ilə sərhədləri açır
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »