Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMW -nin bu modelləri geri çağırıldı
Almaniyanin məşhur avtomobil istehsalçısı olan BMW ötürücü mildəki nöqsanlara görə 86 mindən çox X5 və X6 modellərini Çin bazarından geri çağırır.

AzərTAc-ın  məlumatına görə, bu barədə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2010-cu ilin aprelindən 2013-cü ilin aprelinədək istehsal olunan nəqliyyat vasitələridir. Onların 57371-i BMW X5, 29407-i isə X6 modelidir.

Cari il noyabrın 1-dən başlayacaq prosesdə nasaz detallar istehsalçının hesabına dəyişdiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »