Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çernobılı tərk etmək istəməyənlər necə yaşayır...

1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokundakı partlayış çox talelərə zərbə vurdu.

Minlərlə insan öldü, xeyli ukraynalı əlil oldu. İndi buralar daha çox turistlərin diqqətini çəkir. Hərçənd, çernobıllıların heç də hamısı doğma yerləri tərk etməyib.

Bizimyol.info xəbər verir ki, Çernobılda hələ də 200 nəfərə qədər yerli adam yaşayır. Əksəri təqaüd yaşındadır. Braziliyalı fotoqraf Raul Antares onlarla görüşüb, yaşayış şəraitləri ilə tanış olub. Ortaya xeyli maraqlı fotolar da çıxıb.

Antaresin müşahidəsinə görə, Çernobılda insanlar nimdaş həyət evlərində yaşayırlar. Elektrik enerjisi yoxdur, uzağı batareyaların sayəsində radioya qulaq asmaq mümkündür. Əkinçiliklə, maldarlıqla məşğul ola bilmirlər. Köməyə daha çox atlar çatır. Yaşlı adamlar səhhətindən xüsusi narazılıq etməyib.

Antares ortaya maraqlı iş qoyub. Braziliyalı fotoqraf hətta sakinlərin köhnə fotolarının da fotosunu çəkib.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »