Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyənin pulu azalıb: Yardımlar kəsilir, vergilər artırılır

Səudiyyə Ərəbistanı neft qiymətlərinin aşağı düşməsinə görə maliyyə sıxıntısı keçirir. Ərəb ölkə iyunun 1-dən aztəminatlı təbəqəyə yaşayış minimumu həddində verilən yardımı dayandırır.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı iyulun 1-dən əlavə dəyər vergisini də 5 faizdən 15-ə qaldırır. Ölkənin maliyyə naziri Məhəmməd əl-Cadaan belə tədbirlərin ağrılı olduğunu etiraf edib. Amma onun dediyinə görə, başqa çarə də qalmayıb. Ölkənin xərcləri gəlirlərini xeyli üstələyir. İlk kvartalda büdcə kəsiri 9 milyard dollara çatıb. Nazir deyib ki, neft gəlirlərinə iqtisadi fəallığın aşağı düşməsi də böyük təsir göstərib, çox çıxılmaz vəziyyət yaranıb.

Səudiyyə Ərəbistanı neft gəlirlərinin azalmasından əziyyət çəksə də, dünya bazarlarında qiymətin kəskin aşağı düşməsində əsas günahkar sayılmalıdır. Çünki Rusiya ilə mart razılaşmasının baş tutmaması qiymətə mənfi istiqamətdə təxminən iki dəfə təsir göstərmişdi. Səudiyyə Ərəbistanı hasilatı xeyli artırmaqla bazarda vəziyyəti kəskin dəyişmişdi. İndi isə pandemiyanın davam etməsi qiymət artımına imkan vermir.

Ölkə rəhbərliyi də vəziyyətə görə çox narahatdır. Kral Salman Ben Abdel Əziz Əl Səud ABŞ prezidenti Donald Trampla mayın 8-dəki telefon danışığı zamanı yalnız dünya neft bazarını müzakirə edib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »