Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq deputatın oğulluğu: “Atamdan qalan evi satıb, məni küçəyə atıb” - Video

Milli Məclisin sabiq deputatı Cahangir Hüseynovun oğulluğu İbrahim Hüseynov atalığı və anasının ona yardım etmədiyi və onların, doğma atasından qalan mirası mənimsədikləri barədə şikayət edib.

Bizimyol.info-ya müraciət edən İ.Hüseynov iddia edib ki, Rusiyada öldürülən onun doğma atası kriminal avtoritet İlqar Cəbrayılovdan ona miras qalan evi Cahangir Hüseynov satıb.

Cahangir Hüseynov Cahangir Hüseynov

“Anam Cahangir Hüseynovla evlənib, bacılarım dünyaya gəliblər. Polis rəisi olan Cahangir Hüseynov şəhərin mərkəzində atamdan bizə miras qalmış evi anamla evləndikdən sonra sataraq özünə şərait qurub, deputat olub.

Hamı bilir ki mən onun oğulluğuyam. Mən məni küçəyə atan Cahangir Hüseynovdan atamdan mənə miras qalan evin pulunu istəyirəm”,-deyə İ.Hüseynov bildirib.

İbrahim Hüseynov, Cahangir Hüseynov İbrahim Hüseynov, Cahangir Hüseynov

O bildirib ki, valideylərinin qərəzli hərəkəti səbəbilə o, hazırda çətin vəziyyətdə yaşayır: “Əsgərlikdə olduğum müddətdə mənə bir dəfə zəng etmədi, mənimlə maraqlanmadı. 2017-ci ildə nişanlı olduğum qıza görə məni evdən ayırdılar. Nişanlandığım qız indi Azərbaycanda tanınmış şəxsdir. Küçədə qalanda qan qusurdum, zəng edib kömək istədim. Dedi ki təcili tibbi yardıma zəng et. Mənim onun köməyinə ehtiyacım vardı”.

Məsələ ilə bağlı sabiq deputat Cahangir Hüseynovla əlaqə saxladıq. O, bu barədə danışmaq istəmədi.

Ramid İbrahimov

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »