Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni mediası baş nazirin babasının faşistlərə xidmət etməsindən yazdı

Ermənistan mediası öz ölkəsinin baş naziri Nikol Paşinyanın babasının alman faşistlərinə xidmət etməsi haqda məlumat yayıb.

Məlum olduğu kimi, daha əvvəl Ermənsitanın baş naziri Paşinyan İkinci Dünya Müharibəsində iştirak etmiş babasının şəklini yayaraq, belə bir qeyd paylaşmışdı: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanlara əbədi eşq olsun!”

Erməni jurnalistləri İkinci Dünya Müharibəsində həlak olanların və itkin düşənlərin məlumatlarının toplandığı www.obd-memorial.ru saytında bu paylaşım ilə bağlı araşdırma aparıblar. Həmin saytda Ermənistan rəhbərinin babası Nikol Paşinyan haqqında onun indi baş nazir olan nəvəsinin yazdığından fərqli bir qeyd tapıblar. Həmin qeyd belədir:

“Doğulduğu tarix: 23.12. 1913

Doğulduğu yer: Ermənistan SSR, Enokovan

Taleyi: Düşmənlə əməkdaşlıq edib həlak olub.

Öldüyü tarix: 29.09.1943”

Sayt həmçinin alman tərəfinin apardığı uçota dair məlumat yayıb. Bu sənədli məlumatları Ermənistanın İravunk qəzetinin iravunk.am saytı dərc edib.

Bununla bağlı Ermənistanın Müdafiə Nazirliyi tez-tələsik məlumat yayıb. Müdafiə Nazirliyinin məlumatında yazılır ki, guya Enokovanda iki Nikol Ppaşinyan olub. Yəni indiki baş nazirin babasının düşmənə xidmət etməsi haqqında məlumatı təkzib etməyə uğursuz cəhd göstərib. Müdafiə Nazirliyinin məlumatından belə çıxır ki, guya həmin Enekovanda – eyni kənddə eyni ildə iki Nikol Paşinyan doğulub, onlar eyni vaxtda müharibəyə gedib, ikisi də eyni ildə həlak olub. Ancaq guya onlardan biri Almaniyanın SS qüvvələrində, o biri isə Sovet ordusunda xidmət edib.

Xatırladaq ki, ötən il MDB Dövlət Başçılarının Aşqabad Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev erməni əsilli Njde ləqəbli faşist cəlladı Qaregin Ter-Arutyunyana Ermənistanın paytaxtı İrəvan şəhərində 6 metr hündürlüyündə heykəl ucaldılmasını, Ermənistanın o zamankı Prezidenti Serj Sərkisyanın həmin abidənin açılışında iştirak etdiyini demişdi. Prezident Əliyev Ermənistanın sonrakı rəhbərliyinin – Paşinyan hökumətinin bu abidəni sökmədiyini bildirmişdi. Beləliklə, Ermənistanda faşist canilərin qəhrəmanlaşdırılması faktlarla göstərilmişdi. Nikol Paşinyan söz alaraq bu çıxışa etirazını bilirsə də, İlham Əliyevin dediklərini tutarlı dəlillərlə təkzib edə bilməmişdi. Bunu təkzib etmək mümkünsüz idi; Azərbaycan Prezidenti Rusiya Müdafiə Nazirliyini nazir Sergey Şoyqunun sədrliyi ilə hazırladığı hesabata, eləcə də, Ruisya Xarici İşlər Nazirliyinin rəsmi hesabatına əsaslanaraq bu fikirləri və faktları söyləmişdi. Bundan bir qədər sonra Ermənistana gəlmiş Rusiya jurnalistləri İlham Əliyevin ortaya qoyduğu faktlarla bağlı Nikol Paşinyana sual verdikdə o, çox məntiqsiz və tutarsız bir cavab vermişdi: “Nə olsun ki?! Molotov da Ribbentropla görüşmüşdü”. Paşinyanın bu cavabı çox tragikomik idi. Çünki 1939-cu il avqustun 23-də Moskvada Hitler Almaniyası ilə SSRİ arasında imzalanmış hücum etməmək haqqında Molotov-Ribbentrop paktını imzalayanlar oberqruppenfürer Yoaxim fon Ribbentrop Almaniyanın xarici işlər naziri, Vyaçeslav Molotov isə Sovet İttifaqının xarici işlər naziri idi.

Bu pakra razılıq verməklə SSRİ-nin başçsıı İosif Stalin Hitler Almaniyasının əvvəl-axır Sovet İttifaqına hücumu qarşısında hazırlaşa bilmək üçün vaxt qazanmaq istəmişdi. Qaregin Njde ləqəbli Ter-Arutyunyanın müharibədə qarşı tərəfə - Hitler Almaniyasına satılması, SS ordu qruplaşmasında yuxarı mövqelərə gələrək Sovet əsirlərinə qarşı işgəncə və qətliam törətməsi ilə Molotovun Ribbentropla görüşməsini eyniləşdirməyə çalışan Nikol Paşinyanın necə bir qeyri-ciddi adam olduğu təəssüratı yarandı. Ancaq indi məlum olur ki, Paşinyanın bu cür yersiz, uğursuz, əslində gülünc açıqlamalar verməsinin, erməni əsilli faşist canisi Njdeyə qoyulan heykəli sökməməsinin səbəbi öz babasının da faşistlərə xidmət etməsi haqqında məlumatlı olması olub. Azərbaycan tərəfi psixoloji, informasiya müharibəsində Ermənistan və onun əvvəlki və indiki rəhbərləri üzərində mühüm qələbə qazanmış oldu.

İndi Ermənistan hökuməti faşizmi qəhrəmanlaşdıran siyasət apardığını bir yandan sözlə təkzib etməyə çalışsa da, o biri yandan Njdeyə qoyulan heykəli sökməməklə ittihamları etiraf etmiş olur. Hətta bəzən hətta buna dolayı yolla haqq qazandırmağa da çalışaraq özünü daha rəzil duruma salmış olub.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
Son xəbərlər
Bütün xəbərlər »