Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncədə karantin rejimini pozan iaşə obyektləri aşkarlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən o cümlədən tibbi masklaradan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb.

Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkar olunub.

Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »