Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan konstruktivdir” dediyi üçün Paşinyana cinayət işi tələbi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan yenə də Qarabağ məsələsinə görə baş nazir Nikol Paşinyana hücum çəkib.

David Şahnazaryan

Virtualaz.org xəbər verir ki, bu dəfə Şahnazaryan Paşinyanın mayın 6-da parlamentdə çıxışı zamanı danışıqlarda Azərbaycan prezidentinin “konstruktiv görünməyə çalışdığı” haqda dedikləridir.

Erməni KİV-lərinin xəbərlərinə görə, David Şahnazaryan yaydığı yazılı bəyanatında bunu “xəyanət” kimi qiymətləndirin. Onun bildirdiyi kimi, Azərbaycanın məqsədi təkcə Dağlıq Qarabağı və ətraf rayonları geri almaq deyil, Göyçəni, Zəngəzuru, hətta Yerevanı almaqdır. Və Şahnazaryan xatırladır ki, Azərbaycan bütün beynəlxalq tribunalarda, təşkilatlarda Ermənistanı təcavüzkar kimi tanıdır, bu yöndə qətnamələr çıxarılmasına nail olur.

Və onun fikrincə, Paşinyanın çıxışında “Azərbaycan konstruktivdir” deməsi düşmən ölkəyə açıq-aşkar mənəvi və siyasi dəstəkdir. O cümlədən Azərbaycanın yeni müharibəyə başlamağa haqq qazandırmaq səylərinə beynəlxalq yardımdır. Şahnazaryan belə qiymətləndirib ki, Paşinyanın həmin bəyanatı Ermənistan Cinayət Məcəlləsinin 229-cu maddəsi ilə nəzərdə tutulmuş cinayətin (vətənə xəyanət) törədilməsi deməkdir. Ona görə də Baş prokurorluq dərhal materialların toplanması və cinayət işinin qaldırılması üçün işə başlamalıdır.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »