Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus səbəbi ilə xaricdə ölən soydaşlarımız harda və necə dəfn edilir?

Dünyanı koronavirus pandemiyası bürüyəndən bəri məlum məsələdir ki, sərhədlər bağlandı. Azərbaycan dövləti xaricdə təhsil alan və səfərdə olan soydaşlarımızın vətənə qaytarılması üçün xüsusi çarter reysləri təşkil etdi və vətənə gətirilən insanlar ölkə daxilində xüsusi karantin zonalarında karantinə alındılar. Lakin virusa yoluxan şəxslərin sərhədləri keçməsi bir qayda olaraq qadağan edili.

Bizimyol.info redaksiyasına bir neçə dəfə ünvanlanan bu suala cavab tapmağa çalışıdıq. “Koronavirus səbəbi ilə xarici ölkədə vəfat etmiş soydaşlarımız harda dəfn olunmalıdır, onları vətənə gətirmək mümkündürmü?”.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq Xarici İşlər Nazirliyindən və TƏBİB-dn bildirildi ki, bu işlər Nazirlər Kabinetinin nəzdində yaradılmış Operativ Qərargahın nəzarəti altındadır. Operativ qərargahla isə əlaqə saxlamaq cəhdimiz baş tutmadı, amma öyrənib araşdırdıqlarımızı sizinlə paylaşa bilərik.

Bu günlərdə Rusiya Federasiyası ərazisində koronavirus yoluxması nəticəsində dünyasını dəyişmiş iki soydaşımızı qohumları mərhumun hansı səbəblə ölməsinə dair arayış alaraq özləri Rusiya- Azərbaycan sərhədinə qədər gətiriblər. Sərhəddən keçirildikdən sonra cənazənin daşınmsına yol polisləri də kömək ediblər və həmin şəxslər mərhumları öz rayonlarına aprıb dəfn edə biliblər . Lakin dəfn prosesinə Səhiyyə Nazirliyinin nümayəndələri nəzarət ediblər, tabutların açılmasına icazə verilməyib, onlar gətirildiyi qaydada dəfn ediliblər.

Tabutun daşınması çox böyük ehtimal ki, Azərbaycanla sərhədə daha yaxın olan regionlardan, ( İrandan və Türkiyədən də) mümkündür. Havaların isindiyini nəzərə alaraq, cənazələrin uzaq məsafələrdən gətirilməsi mümkün olsa belə məsləhət görülmür.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »