Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lerikdən şikayət var: “Meyit cənazədən düşməsin deyə bağlayıb aparırıq”

Redaksiyamıza Lerik sakinlərindən çoxlu sayda şikayət daxil olub. Lerik camaatının dərdi bir deyil, beş deyil. Bu günə qədər onların yardım səsinə nə rayonun icra başçısı Rövşən Bağırov, nə də Lerikin deputatı İqbal Məmmədov cavab verməyiblər.

Bizimyol.info-ya verilən məlumata görə, yüzlərlə Lerik sakini DTX-ya müraciət etməyə hazırlaşır. Əsas tələbləri icra başçısı Rövşən Bağırov və birinci müavin Cəlil Baxşıyevin fəaliyyətinin araşdırılmasıdır.

Lerik sakinlərinin şikayətlərini elə onların öz dilindən olduğu kimi verməyə çalışacağıq.

“Leriki idarə edənlər o qədər yırtıcıdırlar ki, Heydər Əliyev Fondunun göndərdiyi yardım paketlərindən toyuqları çıxarandan sonra əhaliyə paylayıblar. Toyuqlar cəhənnəm, o yardımlar icra numayəndələri tərəfindən lazımi adamlara verildi”.

“ Cəlil Baxşıyev rayondakı bütün vəzifələrə öz qohumlarını təyin edib”.

“Noda - Xanəgah , Zenonu kəndlərinə yol yoxdur. Nəinki asfalt yol, heç torpaq yol da çəkilməyib. Sanki ibtidai icma dövründə yaşayırıq. Bu ərazilərdə yol olmadığı üçün dəfələrlə qəzalar baş verib. Ölülərimizi qəbiristana aparıb basdıranda cənazədən sürüşüb düşməsin deyə meyidi cənazəyə bağlayırıq. Bu xalqa bu qədər zülüm etmək nə üçündür? Dövlətin yol tikintisi üçün ayırdığı o milyonlar hara gedir?

“Lerik rayonu 2 hissəyə bölünüb . Değ və Zuvand. Biri abad, digəri xaraba ərazidir. Zuvandda İcra başçısı və onun yaxın ətrafının, o cümlədən deputat İqbal Məmmədovun obyektləri tikilib. Bu ərazidə İqbal Məmmədovun broyler fabriki, “Relaks” istirahət kompleksi, o cümlədən icra başçısının ailəsinə məxsus “9 qardaş” istirahət mərkəzləri fəaliyyət göstərir.Bu obyektlərə gedib gələ bilmək üçün asfalt yollar salınıb. Qalan kəndlər isə gözdən iraqda qalıb. İqbal Məmmədov öz obyektlərinə qaz xətti çəkdirib, lakin o xəttin içindən keçib getdiyi kəndlərə qaz verilmir, əhali yolsuz, qazsız əziyyət çəkir.

“Sizi Noda -Xanagah yoluna baxış kecirməyə dəvət edirəm.Dağıdılmış cay yatağlarını işıqlandırmağınızı istəyirəm .Cəkilən asfalt yolu ömru bir ay cəkmədi, çökdü. Gəlin Soru, Əlabad kəndlərində də vəziyyəti görün. Gəlin deyirik, amma gələ bilmək üçün gərək helikopteriniz ola”.

Qeyd edək ki, ötən il Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulmuşdu. İstirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstərmişdilər və məsələ medianın gündəminə düşmüşdü.Lakin unudulduqdan sonra yenə hərə bildiyi qayda ilə öz işinə davam edib.

Məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sorğumuza cavab verən, lakin adını söyləmək istəməyən şəxs yardım paketləri ilə bağlı bildirdi ki, deyilənlər yalandır, əhaliyə göndərilən yardım siyahı üzrə təqdim edilib. “Yolların təmirinə gəlincə, nəzərədə tutulub təmir ediləcək”. Bu qədər.

Bizimyol.info

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »