Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marşal Konevə görə qisas planı: Praqaya zəhər aparan agentin adı açıqlandı

Çexiyanın paytaxtı Praqada sovet marşalı Konevin heykəlinin götürülməsi barədə qərara görə şəhər merini və daha iki bələdiyyə sədrini öldürməyi planlaşdıran “zəhərli diplomat”ın adı açıqlanıb.

Virtualaz.org xəbər verir ki, ötən ay Rusiyadan diplomatik pasportla Praqaya gedən və Baş Kəşfiyyat İdarəsinin zabiti olduğu bildirilən həmin şəxs Andrey Viktoroviç K.-dır. Bu haqda “Seznam” adlı çex saytı yazır.

Sovet dövründə Praqanın xilakarı kimi təqdim edilən marşal Konevə qarşı Çexiyada münasibət indi fərqlidir. Çexlər onu “işğalçı” hesab edirlər və bildirirlər ki, Praqa Hitler qoşunlarından hələ sovet ordusu şəhərə daxil olmazdan əvvəl yerli milli-azadlıq döyüşləri tərəfindən azad edilmişdi. Moskva bu cür diskussiyaları və Praqada Jukova qoyulmuş nəhəng abidənin sökülməsini qəzəblə qarşılayıb.

Aprel ayında Çexiyanın “Respekt” adlı jurnalı yazıb ki, təxminən üç həftə əvvəl diplomatik pasportla ölkəyə gələn Rusiya vətəndaşının çantası Praqanın Vatslav Havel Beynəlxalq Aeroportunda yoxlanılarkən orada bitki mənşəli güclü təsiredici qüvvəyə malik zəhər-ritsin aşkarlanıb. Zəhərliliyinə görə, ritsin döyüş təyinatlı zəhərləyici vasitədir, amma bu maddə ilə zəhərlənmənin ilkin əlamətləri qripə oxşayır. Bu isə indiki koronavirus pandemiyası dövründə əla maskalanma ola bilərdi.

Həmin “zəhərli diplomat” Rusiya xüsusi xidmət orqanlarından birinin əməkdaşıdır və o, aerportu Rusiya səfirliyinin avtomobilində tərk edib. Ehtimal edilir ki, “diplomatın” çantasındakı zəhər Praqa meri Zdenej Qrjibi, “Praqa-6” inzibati rayonunun rəhbəri Ondrjey Kolarjın və Rjeporye rayonunun rəhbəri Pavel Novotnının öldürülməsi üçün nəzərdə tutula bilər. Mer Z. Qrjib Konevin heykəlini sökdürməklə yanaşı Praqa Rusiya səfirliyinin yerləşdiyi küçənin adını dəyişdirib, qətlə yetirilən müxalif rusiyalı siyasətçi Boris Nemtsovun adını həmin küçəyə verib.

İndi müəyyən olunub ki, həmin “zəhərli diplomat”ın 34 yaşı var. O, Rusiyanın hansısa federal agentliyinin rəhbəri kimi diplomatik statusa malikdir. Mənbənin yazdığına görə Andrey Moskvadan içərisində təhlükəli yük olan çemodanı alıb və onu Praqadakı Rusiya səfirliyinə çatdırıb.

“Andrey Viktoroviç” özü saytın əməkdaşı ilə Praqadakı Rusiya səfirliyi qarşıısndakı söhbətində deyib ki, çemodanda “dezinfeksiya və konfetlər” vardı. Bu zaman müxbir ondan birbaşa soruşub: “Siz Praqaya ritsin gətirmisiz?”. Həmin şəxs suala mənfi cavab verib və uzaqlaşıb.

Rusiya isə Praqaya “zəhərli diplomat”ın göndərildiyi haqda xəbərləri təkzib edir. Xatırladaq ki, Rusiya kəşfiyyatı əvvəllər də xaricdə düşmən hesab edilən şəxslərə qarşı zəhərdən və radioaktiv maddədən istifadə etməklə sui-qəsd əməliyyatları həyata keçirib.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »