Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Əsədov Milli Məclisin plenar iclaslarına qatılmır

“Deputat Oqtаy Əsədov Milli Məclisin plenar iclaslarında üzrlü səbəbdən iştirak etmir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarı var:

“Karantin rejimi olduğundan, Oqtаy Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir. Ona görə də hazırda Oqtаy Əsədovun iclaslarda iştirak etməməsi üzrlü səbəblərdəndir”.

Eldar İbrahimov həmçinin əlavə edib ki, 65 yaşlı O.Əsədovun səhhətində heç bir problem yoxdur.

Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin sədri olub. O, VI çağırış Milli Məclisə seçkilərdə də deputat seçilib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »