Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Əbülfəz Qarayevin vəzifəsindən azad edilməsinə çağırdı

“Azərbaycan mədəniyyətini Qarayev zehniyyətinin həbsindən azad etməyincə, sənətin, ədəbiyyatın, rəssamlığın, teatrın, kinonun, kitabxananın, kitab satış sektorunun, xalça sənətinin inkişafına dəstək verməli olan bir dövlət orqanı, onları çökdürən bir mexanizm kimi, bir buxov kimi mədəniyyətimizin potensialına ağır zərbə vurmağa davam edəcəkdir”.

Bizimyol.info xəbər verir ki bu barədə Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində apardığı araşdırmalarla bağlı fikirlərini bölüşərkən bildirib.

Fazil Mustafa

Deputat deyib ki, indi nazirlikdə aparılan yoxlamaların, rüşvətxor nazir müavinindən, idarə rəisindən başlayan həbslərin harada yekunlaşacağını bilmir: “Əksər peşəkarlar bu sahədən imkansızlığa və laqeydliyə görə kino sahəsindən uzaqlaşdı və ya uzaqlaşdırıldı. Dövlət sifarişlərini səmərəli istifadə edə bilmədilər və ayrılan vəsaitləri mənimsədilər. Araşdırılsa müəyyənləşər ki, kino istehsalı zamanı demək olar ki, ayrılan büdcənin 50-60 faizi Kino idarəsinə çatdırılmadan mənimsənilib”.

F.Mustafa bildirib ki, Əbülfəz Qarayevin Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyi 2006-2020-ci illər ərzində “Azərbaycanfilm”in maddi texniki bazasi struktur kimi yenilənmək əvəzinə dağıdıldı: “Kinostudiyanın binasında cari təmir başlasa da, hər şey alayarımçıq bir vəziyyətdə qaldı. Buzovna qəsəbəsində kinonun balansında olan “Ekran” uşaq istirahət düşərgəsi dəyər-dəyməzinə satıldı. Kinostudiyaya məxsus 4-5 hektar torpaq sahəsi də satıldı. Ərazidə kinoya xidmət edən köməkçi binalar da başqa qurumlara, özəl şirkətlərə icarəyə verildi. Qonşu Gürcüstanda bu sahədə görülən işlərlə müqayisə aparılsa, o zaman görünər ki, mədəniyyət nazirliyindəki cinayətkar şəbəkə uzun illər dirçələ bilməyəcək kino sektorunu necə darmadağın etmişlər.

Kitabxanaların durumu daha acınacaqlıdır. Sovet sistemindən miras qalmış kitabxanaların əksəriyyətinin yeri nazirliyin məsul şəxslərinin iştirakı ilə yaşayış binalarının tikintisi üçün satılmış, maddi texniki baza dağıdılmış, kitabxanaçılar ən aşağı maaş alan peşə sahiblərinə çevrilmişlər. Ölkədə tərcümə sektorunu dirçəltmək üçün real addım atılmamış, ədəbiyyatın inkişafı üçün gənc yazarların dəstəklənməsinə yönəlik konsepsiya hazırlamağa ehtiyac belə duyulmamışdır”.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »