Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran öz gəmisini vurub - Ölən və yaralananlar var

Oman körfəzində keçirilən təlim zamanı İrana məxsus "Jamaran” i freqatından buraxılan gəmi əleyhinə raket "Konarak” köməkçi gəmisini vurub.

Bizimyol.info "RİA Novosti”-yə istinadən xəbər verir ki, freqatdan səhvən atılmış raket nəticəsində onlarla insan yaralanıb, azı iki nəfər ölüb. Hadisə nəticəsində "Konarak”ın batdığı iddia edilir.

Faktı "Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari "Twitter” səhifəsində yazdığı məlumatla təsdiq etsə də, İran ordusundan bu barədə rəsmi məlumat daxil olmayıb..

Hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunmuş "Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib.

İlhamə Rəsulova

Paylaş »
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »