Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada son 65 günün ən aşağı yoluxma göstəricisi qeydə alındı

Əminliklə demək olar ki, İtaliya koronavirusa qalib gəlməyə başlayıb. Avropa ölkəsində son 65 günün ən aşağı yoluxma göstərici qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, İtaliyada son sutka ərzində 802 nəfərdə virus aşkarlanıb. Çoxdandır bu qədər aşağı göstərici müşahidə edilmirdi. Daha dəqiqi, son 2 ayda yoluxma sayı 1000-dən aşağı düşməmişdi. Martın 6-dan sonra bu qədər nikbin vəziyyət yaranmamışdı.

İtaliyada indiyə qədər 219 min 70 nəfərdə virus aşkarlanıb. Ölənlərin sayının 30 min 560 olduğu bildirilir. İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin 105 minindən çoxu sağalıb.

İtaliyada karantin rejimi xeyli yumşaldılıb. Sabahdan kafelər və restoranlar işə düşür. Bu gün insanlar çimərliklərə axışıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 4 milyon 150 min nəfərdə virus aşkar edilib. Bunların 282 minindən çox həyatını itirib. 1.5 milyona yaxın insanın sağaldığı bildirilir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »