Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp "Pulitzer" mükafatının qaytarılmasını tələb etdi

ABŞ Prezidenti Donald Tramp "New-York Times" qəzetinin müxbirlərini Rusiya haqqında yazılmış məqalələrə görə aldıqları "Pulitzer" mükafatlarını geri qaytarmağa çağırıb. Onun fikrincə, mükafatlar əsl jurnalistlərə verilməlidir.

Bu barədə Tramp "Twitter"də yazıb.

"Rusiyaya görə haqsız "Pulitzer" mükafatları almış saxta jurnalistlər nə zaman ləkələnmiş mükafatlarını vəziyyəti başa düşən real jurnalistlərə təhvil verəcəklər? Mən sizə adlar verəcəyəm, belələri çoxdur".

Qeyd edək ki, "Pulitzer" mükafatının Təşkilat komitəsi Putin rejiminin törətdiyi "yırtıcı hərəkətlər haqqında böyük risk altında yazılmış maraqlı əhvalatlar silsiləsi"nə görə "New-York Times" nəşrinə "Beynəlxalq jurnalistika" kateqoriyasında mükafat təqdim edib. Tramp isə mükafatın həqiqətə uyğun olmayanların yazıldığı üçün verildiyini hesab edir. (Modern.az)

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »