Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barak Obama Ağ Evin koronavirusa reaksiyasını “mütləq xaotik fəlakət” adlandırıb

ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Donald Tramp administrasiyasının koronavirus pandemiyası ilə bağlı fəaliyyətini sərt şəkildə tənqid edib.

Bu barədə CNN telekanalında məlumat yayılıb.

Birləşmiş Ştatların eks-prezidenti Ağ Evin infeksiyaya qarşı reaksiyasını və görülən tədbirləri “mütləq xaotik fəlakət” adlandırıb.

Barak Obama tənqidlərini Amerika Məzunlar Assosiasiyasının üzvləri qarşısında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, koronavirus pandemiyası kimi fəlakətlər bir daha qlobal böhranlar zamanı ölkələrin güclü liderə malik olmasının zərurilyini nümayiş etdirir. Bundan başqa, keçmiş prezident hər kəsi bu ilin noyabr ayının 3-də keçiriləcək seçkilərdə Demokrat partiyasının namizədi Co Baydeni dəstəkləməyə çağırıb.

“Qarşıdan gələn seçkilər bizim təkcə konkret şəxs və ya partiya ilə mübarizə aparacağımız anlamında vacib sayılmır. Bizim mücadiləmiz “eqoizm”, “tayfa mənsubiyyəti”, “cəmiyyətdə baş verən parçalanma”, “ətrafdakıları düşmən kimi görmək” kimi uzunmüddətli tendensiyalara qarşıdır. İndi bu, amerikalıların həyatında ən güclü impulslara çevrilib”, - deyə o qeyd edib.

Barak Obamanın mətbuat xidməti onun sözlərini şərh etməkdən boyun qaçırıb.

Ağ Evin mətbuat katibi Keyli Makenani isə prezident Donald Trampın koronavirusla bağlı fəalyyətini “görünməmiş” adlandıraraq, onun minlərlə amerikalının həyatını xilas etdiyini deyib. (Musavat.com)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »