Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramin Bayramlıdan idman zalları, çimərliklərin açılması ilə bağlı açıqlama

İyunun 1-dən hava şəraiti uyğun olarsa, çimərlik mövsümünə start veriləcək. Koronavirus pandemiyasına görə qadağalar sırasında bu sahə də var. Lakin artıq bəzi ölkələr çimərliklərin istifadəsinə icazə verib. Azərbaycan da mayın 4-dən sonra karantin rejiminin yumşaldılmasına başlayıb. Bəs çimərliklərin istifadəsinə nə vaxt icazə veriləcək?

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu məsələ ilə bağlı növbəti günlərdə qərar veriləcək:

“İdman zalları, çimərliklər, parklar, bulvarın açılması önümüzdəki günlərdə məlum olacaq. Bu, məsələ statistik göstəricilərdən asılıdır. İndidən bir söz deyə bilmərik. Hələ ki bunların açılması gündəmimizdə yoxdur”.

R.Bayramlı qeyd edib ki, artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər:

“Sarı zonada yerləşən rayonlar arası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq”. (Qafqazinfo.az)

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »