Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya vətənə qayıda bilməyən azərbaycanlılar üçün yerləşmə məntəqəsi açacaq

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi koronavirus pandemiyası fonunda sərhədlərin bağlanmasına görə vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açacaq.

Bu barədə bazar günü TASS-a Rusiya Federasiyasının FHN-nin mətbuat xidmətində bildiriblər.

"Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırdı. İşə təxminən 30 nəfər cəlb edilib", - mətbuat xidmətində deyiblər.

FHN-də əlavə ediblər ki, hazırda region ərazisində qonşu dövlətin koronavirusun yayılmasına görə dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar evə çata bilməyən böyük sayda vətəndaşı var.

Müvəqqəti yerləşmə məntəqəsinin açılması haqqında qərar Dağıstanın Respublikasının rəhbəri Vladimir Vasilyevin koronavirusun yayılması xəbərdarlığı üzrə operativ qərargaha müraciətinə əsasən Rusiya ərazisindəki xarici vətəndaşlara yardım məqsədilə qəbul edilib. (Report.az)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »