Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuventus" - "Lion" oyununun vaxtı müəyyənləşdi

UEFA Çempionlar Liqasında İtaliya "Yuventus"u ilə Fransa "Lion"u arasında keçiriləcək 1/8 final mərhələsinin cavab görüşünün vaxtı müəyyənləşib.

"Report"un məlumatına görə, "şirlər"in prezidenti Jan-Mişel Olas oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlayıb. Matça azarkeş buraxılmayacaq.

Olas Fransa Liqa 1-in ləğvi ilə bağlı Peşəkar Futbol Liqasına apellyasiya verdiklərini də xatırladıb. Onun sözlərinə görə, şikayət nəticə verməsə, "Lion" və PSJ Çempionlar Liqasındakı rəqibləri tərəfindən məhv ediləcək.

Qeyd edək ki, PSJ artıq 1/4 finala yüksəlib. "Lion" isə ilk görüşdə "Yuventus"a qalib gəlib - 1:0. Fransa Liqa 1-i koronavirus pandemiyası üzündən ləğv olunub və PSJ çempion elan olunub.

Paylaş »
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »